Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə ət satışı məntəqələrində reyd keçirilib

15 mart 2024 | 17:52

Daşkəsən rayonunda əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi monitorinqlər həyata keçirir.

Sanitar vəziyyətin qiymətləndirilməsi, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, mövcud norma və qaydalara əməl olunmasına nəzarət məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətinin,  Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və rayon Polis şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə Daşkəsən şəhərində fəaliyyət göstərən ət satışı məntəqələrində növbəti monitorinq keçirilib.

Şəhər ərazisində baytar-sanitar ekspertizadan keçmədən qayda və normalara cavab verməyən mağazalarda ət satışı ilə məşğul olan bir fərdi sahibkar aşkarlanıb.

Monitorinq iştirakçıları qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etməyi tövsiyyə edib. Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Qurumdan həmçinin mütəmadi olaraq bu cür monitorinqlərin davam etdiriləcəyi bildirilib.

Keçidlər