Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə erkən nikah, məişət zorakılığı və təhsildən yayınma hallarına qarşı maarifləndirmə aparılıb.

13 noyabr 2023 | 16:09

Daşkəsən Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası rayon Polis Şöbəsi, Gənclər və İdman Sektoru və Təhsil Sektoru ilə birgə rayonun  Bayan kənd M.Mustafayev adına tam orta məktəbin yuxarı sinif şagirdləri üçün növbəti maarifləndirici görüş keçirib.

Tədbirdə çıxış edənlər erkən nikah, məişət zorakılığı və təhsildən yayınma halları, onların fəsadları, aradan qaldırılması yolları, bu sahədə mövcud yerli və beynəlxalq qanunvericilik, habelə RİH tərəfindən həyata keçirilən tədbirlər  barədə ətraflı məlumat veriblər, şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Qarşılıqlı müzakirə şəraitində keçən tədbirin sonunda maarifləndirici bukletlər paylanıb.

Keçidlər