Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ “GÜNƏRZİ QAYĞI MƏRKƏZİ” FƏALİYYƏTİNİ DAVAM ETDİRİR

30 dekabr 2022 | 10:47

Daşkəsən rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi  ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən yaradılan növbəti Günərzi Qayğı Mərkəzi fəaliyyətini uğurla həyata keçirir.

 

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə bildirib ki, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi daşıyan Günərzi Qayğı Mərkəzinə hazırda 3-12 yaş arası 30-dan artıq uşaq cəlb olunub. Belə ki, əsasən təkvalideynli, çoxuşaqlı ailələrdən olan, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara Mərkəzdə sosial-psixoloji dəstək, abilitasiya xidmətləri göstərilir, pedaqoqlar tərəfindən məktəbyaşlı uşaqların ev tapşırıqları və dərslərinin hazırlanmasına kömək olunur, müxtəlif növ dərnəklər və tədbirlər təşkil edilir.

 

İradə Rzazadə onu da vurğulayıb ki, Mərkəzdə həmçinin müəyyən risk qrupundan olan ailələrə sosial, hüquqi yardım edilməklə onlar maarifləndirilir.

 

Qeyd edək ki,  sosial işçilərin, pedaqoq, tərbiyəçi və psixoloqların çalışdığı Mərkəzdə uşaqlar gün ərzində 3 dəfə yeməklə təmin olunurlar.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər