Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə əhali arasında tütünə, narkomaniyaya qarşı maarifləndirmə keçirilib, sağlam həyat tərzinə, fiziki aktivliyə, rasional qidalanmaya dair təşviqat aparılıb

12 iyul 2024 | 14:34

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən tütünə, narkomaniyaya, habelə zərərəli vərdişlərə, passiv həyat tərzinə, qeyri-rasional qidalanmaya qarşı mübarizə çərçivəsində  Daşkəsən şəhərində, rayonun kənd və qəsəbələrində iaşə obyektlərində, mağazalarda, insanların daha çox toplaşdığı yerlərdə əhali arasında növbəti maarifləndirmə işi aparılıb.

RİH-nin məsul işçiləri sakinlərə məlumatlar verərək zərərli vərdişlərdən qorunma istiqamətində tövsiyələrini çatdırıblar.Maarifləndirmə zamanı müxtəlif qapalı ictimai yerlərə, habelə park ərazisinə “Burada tütün məmulatlarından istifadə qadağandır!”, “Siqaret çəkmək sizin sağlamlığınıza ziyandır!” yazılmış lövhələr asılıb, “Siqareti necə atmaq olar”, “Siqaretin zərərləri”,  “Narkotikə yaxın durma!”, “Övladınızı siqaret tüstüsündən qoruyun!”, “Qida təhlükəsizliyində 5 vacib məqam”, “Sağlam qidalanmanın xüsusiyyətləri”, “Şəkərli diabet riskiniz varmı?”, “Fiziki aktivlik sağlamlığın rəhnidir” başlıqlı  bukletlər paylanıb.

 

Keçidlər