DAŞKƏSƏNDƏ ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNUB
22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı və Azərbaycan Ədliyyəsinin yaradılmasının 104 illik münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov, Daşkəsən rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Mustafa Mustafayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları ulu öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Bayram tədbirində başda Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri hörmətli Fikrət Məmmədov və Ali Məhkəmənin sədri hörmətli Ramiz Rzayev olmaqla, bütün ədliyyə işçilərinin peşə bayramı təbrik edilib, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulanıb.
Sonda xatirə şəkli çəkilib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini