Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.

22 noyabr 2023 | 14:49

Noyabrın 22-də Daşkəsən rayonunda 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.     Peşə bayramlarını iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri, rayon rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri   Ümummilli lider Heydər Əliyevin abidəsini  ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri qoyublar. 

   Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini təbrik edib. O, Ulu Öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdırıb, həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını vurğulayıb.

V.Məmmədov qeyd edib ki, zəngin və keşməkeşli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından böyük zaman keçir. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə sistemi  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.

Daşkəsən rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Mustafa Mustafayev çıxışında qeyd etmişdir ki, peşə bayramlarını qalib xalqın nümayəndələri kimi böyük qürur hissi ilə qeyd edən ədliyyə işçiləri tarixi Zəfər günlərini bizlərə yaşatdığına görə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə sonsuz minnətdarlıq və ehtiram hissi keçirirlər. Qəti əminliyi bildirmişdir ki, düşmənə endirilən “Dəmir Yumruq” xalqımızın firavan gələcəyi naminə bundan sonra da ölkəmizə yeni-yeni möhtəşəm qələbələr qazandıracaq, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gündən-günə inkişaf edərək daha da möhkəmlənəcək.

Digər çıxış edənlər də peşə bayramı münasibətilə ədliyyə orqanları əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıblar.

Keçidlər