Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib

21 sentyabr 2024 | 11:26

Sentyabrın 20-də Daşkəsən Rayon İcra Hakimiyyətinin YAP Daşkəsən rayon təşkilatı ilə birgə keçirdiyi Dövlət Suverenliyi Gününə həsr olunmuş yığıncaqda RİH-nin məsul əməkdaşları, YAP rayon təşkilatının fəal üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Dövlət Suverenliyi Günü münasibətilə təbriklərini bildirdikdən sonra məruzə ilə çıxış edib. İcra başçısı məruzəsində deyib ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə möhtərəm Prezidentimiz cənab İlham Əliyev 19 sentyabr 2024-cü il tarixli Sərəncam imzalamışdır. Tarixin müxtəlif dövrlərində üzləşdiyi çətinliklərə, işğallara, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın tükənməz milli sərvətidir.

Məruzə ətrafında çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev Dövlət Suverenliyi Günü münasibətilə təbriklərini çatdırdıqdan sonra bildirib ki, müasir müstəqil Azərbaycan Respublikası hazırda möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf dövrünü yaşayır. Müzəffər Ali Baş Komandanın ərtafında “Dəmir Yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Zəfəri və Dövlət Suverenliyi Gününü müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. Azərbaycanın üçrəngli bayrağı azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalanır.

Daşkəsən rayon Ağsaqqallar Şurasının sərdi Cavanşir Qocayev və digər çıxış edənlər Azərbaycan xalqının Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini və mübarizliyini nümayiş etdirdiyini və Dövlət Suverenliyi Gününün əhəmiyyətini vurğulayıblar.

Sonda Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərini və “Antiterror əməliyyatı”ndan sonra Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə və Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltmasını əks etdirən videoçarxlara baxış keçirilib.

 

Keçidlər