Daşkəsəndə dövlət qulluqçuları üçün təlimlərin keçirilməsinə başlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”na əsasən nəzərdə tutulmuş tədbirlər üzrə əsas icraçı qurum olan Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri Anar Cəfərov və Sevinc Məmmədova tərəfindən Daşkəsən rayonunda fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlimlərin keçirilməsinə başlanılmışdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında dövlət qulluqçuları və icra hakimiyyətinin məsul əməkdaşlarının iştirakı ilə keçirilən təlim “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə” mövzusunda keçirilib.
Təlim zamanı mövzular çərçivəsində müvafiq məlumatlar verilib və müzakirə aparılmaqla suallar cavablandırılıb.
Qeyd edək ki, təlimlər təqvim üzrə 5 və 6 iyun 2024-cü il tarixlərdə davam edəcək.