Daşkəsəndə dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı növbəti təlim keçirilib
Aprelin 17-də Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən təlim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 23noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planına əsasən rayonda fəaliyyət göstərən dövlət qulluğunda rəhbər vəzifəli şəxslərin insan resurslarının idarəedilməsi sahəsində bilik və bacarıqlarını artırmaq məqsədilə təşkil olunub.
Daşkəsən RİHBA-nın Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri Sahib Əhmədov mövzuya dair məruzə ilə çıxış edib. S. Əhmədov “Dövlət qulluğu nədir?”, “Dövlət qulluqçusu kimdir?”, “Dövlət orqanı nədir?”, “Dövlət orqanlarının kateqoriyaları”, “Dövlət orqanlarında vəzifələr”, “Dövlət qulluğu vəzifələrinin təsnifatları”, “Dövlət qulluğuna qəbul edilmək hüququ”, “İnzibati vəzifələrin tutulması”, “Vəzifəyə təyinat”, “Ehtiyat kadrlar”, “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi”, “Dövlət qulluqçusunun ixtisas dərəcəsi”, “İxtisas dərəcələrinin verilməsi”, “Dövlət qulluqçusunun əsas vəzifələri”, “Dövlət qulluqçusunun əsas hüquqları”, “Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər”, “Dövlət qulluqçusu üçün təminatlar”, “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi”, “Dövlət qulluqçusunun mükafatlandırılması”, “Dövlət qulluqçusunun intizam məsuliyyəti”, “Dövlət qulluğuna xitam verilməsi” haqqında əhatəli və dolğun məlumatlar verib.
Təlim zamanı iştirakçılar proseslərin idarə edilməsi, iş bölgüsü, komanda quruculuğu və s. mövzularında nəzəri və praktik biliklərə yiyələniblər.