Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ DÖVLƏT MƏŞĞULLUQ AGENTLİYİNİN SƏDRİ MUSTAFA ABBASBƏYLİ VƏTƏNDAŞLARI QƏBUL EDİB

19 avqust 2022 | 17:05

Avqustun 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli  Daşkəsəndə vətəndaşların qəbulundan RİH-nin başçısı Əhəd Abıyevlə görüşüb. İcra başçısı Əhəd Abıyev Mustafa Abbasbəyli ilə rayonda əhalinin məşğulluq vəziyyətini və qarşıda duran vəzifələri müzakirə ediblər.  

Daha sonra Mustafa Abbasbəyli vətəndaşların qəbulu keçirib. Qəbulda iştirak edən Daşkəsən rayon sakinlərinin müraciətləri əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.

Qəbulda vətəndaşların müraciətləri cavablandırılıb və əlavə araşdırma tələb edən məsələlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini 

 

Keçidlər