Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda növbəti görüş keçirilib

15 noyabr 2023 | 17:13

Noyabrın 15-də Daşkəsən Rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi ilə birgə "Dini radikalizmlə mübarizə və maarifləndirmə" mövzusunda növbəti tədbir keçirib.

Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəlimlər, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda dini radikalizm və ekstremizmin yarada biləcəyi fəsadlardan bəhs olunub, mövzuya dair videoçarx numayiş etdirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər