Daşkəsəndə “Dini radikalizmlə mübarizə" mövzusu mədəniyyət işçiləri ilə müzakirə olunub
21 sentyabr 2024 | 10:29
Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi Daşkəsən Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman Sektoru ilə birgə “Dini radikalizmlə mübarizə” mövzusunda növbəti maarifləndirməni mədəniyyət işçiləri ilə keçirib.
Çıxışlarda və təqdimatlarda dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb və bukletlər paylanıb.