Daşkəsəndə “Dini radikalizmin zərərləri” mövzusunda maarifləndirici tədbir keçirilib
Avqustun 23-də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi Daşkəsən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə “Dini radikalizmin zərərləri” mövzusunda maarifləndirici görüş keçirib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev, DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Şahmar Verdiyev, Daşkəsən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Mirzəkərim Tağıyev, rayon Gənclər və İdman Sektorunun müdiri Samir Həsənov və tibb işçiləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyəti vurğulanıb, radikalizmin zərərləri haqqında ətraflı məlumat verilib. Eyni zamanda ölkəmizdə dini radikalizmə qarşı həyata keçirilən mübarizə tədbirlərindən, dövlət-din siyasətindən bəhs olunub.