Daşkəsəndə "Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükədir” mövzusunda maarifləndirici görüş keçirilib.
Fevralın 21-də Daşkəsən Rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və rayon üzrə Təhsil Sektoru ilə birgə "Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükədir” mövzusunda növbəti maarifləndici görüş keçirib.
Yuxarı Daşkəsən qəsəbə Z.Bağırov adına tam orta məktəbdə təşkil olunan tədbirdə RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, müəllimlər, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda dini fanatizmin, radikalizmin və ekstremizmin yarada biləcəyi fəsadlardan danışılıb, Azərbaycanda tolerantlığın inkişafı, multikultural həyat tərzi, dinlər və məzhəblərarası münasibətlərin yüksək dostluq şəraitində inkişafına göstərilən dövlət qayğısından bəhs olunub, məktəblilərə dini radikalizmin təsirlərindən qorunmağa dair tövsiyələr çatdırılıb.
Sonda şagirdlərin sualları cavablandırılıb, maarifləndirici materiallar paylanıb.