Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ "AZƏRİQAZ" İSTEHSALAT BİRLİYİ NÖVBƏTİ "AÇIQ MİKRAFON" AKSİYASINI KEÇİRİB

26 dekabr 2022 | 09:10

Dekabrın 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə  "Azəriqaz" İB-nin açıq havada təşkil etdiyi aksiyada sakinlərin müraciətləri dinlənilib. "Daşkəsən rayonu dağlıq ərazidə yerləşdiyindən qış ayları olduqca sərt keçir. Bəzi kəndlərdə, o cümlədən yaşadığım Qabaqtəpə kəndində təbii qazın olmaması bizə xeyli çətinlik yaradır. Xahiş edirəm, mavi yanacaqla təmin olunmayan kəndlərin qazlaşdırılmasında bizə köməklik edəsiniz", - deyə rayonunun Qabaqtəpə kənd sakini Gülnaz Cəfərova müraciətində bildirib. Habelə Tapan kənd sakini İkram Tağıyev, Pirverdilər kənd sakini Rəsul Həsənov və Dardərə kənd sakini Əbülfət Şıxıyev yaşadıqları kəndlərin qazlaşdırılması ilə bağlı müraciətlər ediblər. Vətəndaşlar qaz təchizatı sahəsində bəzi çətinliklərin olması barədə fikirlər də səsləndiriblər. Bütün müraciətlər qeydiyyata götürülüb, eyni zamanda lazımi izahat verilib.

 "Azəriqaz" İstehsalat Birliyinin Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisi Elman Qəmbərov  dövlət proqramları çərçivəsində yerlərdə aparılan qazlaşdırma tədbirləri və rayon ərazisində nəzərdə tutulan işlərə dair sakinlərə ətraflı məlumat verib, Regional İdarənin səlahiyyətləri xaricində olan müraciətlərin aidiyyəti üzrə yönləndiriləcəyini deyib.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər