DAŞKƏSƏNDƏ “AZƏRİQAZ” İB NÖVBƏTİ “AÇIQ MİKROFON” AKSİYASI TƏŞKİL EDİB
Fevralın 13-də "Azəriqaz" İB-nin növbəti "Səyyar qəbul otağı" Daşkəsən şəhərində keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilati dəstək verdiyi aksiyada ümumilikdə 12 müraciət ünvanlanıb. Belə ki, Daşkəsən şəhər S.Vurğun küçəsində yaşayan Rövşən Əmrahovla Əli Əkbərov onlara məxsus debitor borcun araşdırılmasını xahiş ediblər. Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsinin qaz təminatının bərpa olunması ilə bağlı Azər Şirinov təkrar müraciətlə çıxış edib. Digər müraciətlər qazlaşdırma, işlə təmin olunma və s. mövzularda olub.
Şəmkir Regional Qaz İstismar İdarəsinin rəhbərliyi tərəfindən fərdi qaydada dinlənilən müraciətlərin bir qismi yerində müsbət həll edilib, eyni zamanda ətraflı izahat işi aparılıb. Əlavə araşdırma tələb edən müraciətlər nəzarət qaydasında qeydiyyata götürülüb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini