Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “AZERGOLD” QSC TƏRƏFİNDƏN YENİDƏN QURULMUŞ MİNİFUTBOL, VOLEYBOL, BASKETBOL MEYDANÇALARININ TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

28 oktyabr 2022 | 14:48

Oktyabrın 28-də Daşkəsəndə universal minifutbol, voleybol, basketbol meydançalarının yenidənqurma işlərindən sonra istifadəyə verilməsi münasibətilə məktəblilər arasında təşkil edilən minifutbol turnirinin final qarşılaşması çərçivəsində meydançaların rəsmi açılışı keçirilib.

Açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov, Gənclər və İdman Nazirliyinin, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Final oyununda Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam otra məktəbin komandası birincilik əldə edib. Yarışda 2-ci və 3-cü yerlərə isə müvafiq ardıcıllığa uyğun olaraq Yuxarı Daşkəsən qəsəbə Z.Bağırov adına tam orta məktəbi və Daşkəsən rayon Quşçu kənd Ə.İsmayılov adına tam orta məktəbinin minifubol komandaları tutub.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov minifutbol turinirinin qaliblərini təbrik edib. Bildirilib ki,yenidən qurulan  meydançaları regionların sosial-iqtisadi inkişafı ilə bağlı cənab Prezidentin təsdiq etdiyi dövlət proqramlarına uyğun olaraqDaşkəsəndə idmanın inkişafı, sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin fiziki tərbiyyəsi və asudə vaxtlarını səmərəli keçirmələrinə töhfə vermək məqsədi daşıyır. Qeyd olunub ki, cənab Prezident tərəfindən həyata keçirilən sosialyönümlü siyasət nəticəsində bu gün bölgələrimiz hərtərəfli inkişaf edir, əhalinin rifah halı daim yaxşılaşdırılır, həssas kateqoriyalardan olan vətəndaşlarımız yüksək qayğı və diqqətlə əhatə olunur. Eyni zamanda bildirilib ki, gənclərimizin sağlam inkişafı, yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm işlər görülür. Vurğulanıb ki, dövlətimizin başçısı tərəfindən paytaxt Bakı ilə yanaşı, regionlarda istifadəyə verilən müasir olimpiya idman kompleksləri, beynəlxalq standartlara cavab verən stadionlar ölkə gənclərinin məhz idmana marağının artırılmasına, Azərbaycanın idman ölkəsi kimi beynəlxalq nüfuzunun daha da yüksəlməsinə gətirib çıxarır. Bu xüsusda Daşkəsəndə açılışı olan yeni idman infrastrukturu məhz cənab Prezidentin dövlət qurumları qarşısına qoyduğu tapşırıq və tövsiyyələri əsasında aktiv korporativ sosial məsuliyyət siyasəti həyata keçirən “AzerGold” QSC-nin bölgədə yaşayan uşaq, yeniyetmə və gənclərin idmana marağının yüksəldilməsi, ümumilikdə idmanın kütləviliyinin artırılmasına xidmət edir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev açılış mərasimində çıxış edərək deyib:

-Biz Daşkəsən rayonunda universal minifutbol, basketbol və voleybol meydançalarının müasir formada təmir və bərpa işlərindən sonra rəsmi açılışını Vətən müharibəsi şəhidi Rauf Əsgərovun xatirəsinə həsr olunmuş minifutbol turniri ilə təntənəli surətdə qeyd edirik.

Hesab edirəm ki, açılışı olan idman infrastrukturunun gənclərin istifadəsinə verilməsi rayonumuzda çox böyük sevindirici əlamətdar bir gündür. Mən rayonumuzun idman və sağlamlıq sahəsinə verdiyi gözəl töhfəyə, yaradılan şəraitə görə bu nəcib layihənin həyata keçirilməsində əməyi olan “AzerGold” QSC-nin İdarə heyətinin sədri hörmətli Zakir İbrahimova və Minifutbol Federasiyasının prezidenti hörmətli Taleh Nəsibova Daşkəsən ictimaiyyəti adından təşəkkürümü bildirirəm və bu münasibətilə rayon sakinlərini, gəncləri və idmansevər ictimaiyyəti səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan gəncliyinin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzolunmaz misilsiz xidmətləri olmuşdur, hazırda bu siyasəti Qalib Ali Baş Komandan Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi gənclər və idman siyasəti, o cümlədən Azərbaycan gəncliyinin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar, qəbul olunmuş dövlət proqramları həmişə layiqincə yerinə yetirilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk günlərdən başlayaraq iqtisadi-siyasi müstəqilliyə sahib olmaqla  19 il ərzində qüdrətli lider olaraq gənclərin ən yaxın dostu olduğunu əməli fəaliyyəti ilə ifadə etmişdir və biz bu qarşılıqlı böyük etimadın yüksək nəticələrini də görürük. Gənclər ölkəmizin xoşbəxt gələcəyə olan ümidi, hərəkətverici fəal hissəsi, ideyaların gələcəyə ötürmə qüvvəsidir.

Son dövrlərdə gənclərimiz çox böyük tarixi qələbəyə nail oldular. Belə ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri böyük sücaət göstərdilər. Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsində hər bir əsgər və zabitimiz öz cəsurluğu, igidliyi, qəhrəmanlığı ilə vətənpərvərlik salnaməsi yazdı. Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalanların əksəriyyətini məhz gənclər təşkil edirdi.

Allah bütün şəhidlərimizi rəhmət eləsin. Bu yaxınlarda dövlət hesabına ayrı-ayrılıqda rayonumuzun 15 şəhid ailəsinə yeni mənzillər verilmişdir.  Rayonumuzun şəhid ailələrinə və qazilərinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.

Birmənalı olaraq əmin edirəm ki, idman və sağlamlığın inkişafında Daşkəsən gəncləri ön sıralarda olacaq, onlara göstərilən etimadı yüksək səviyyədə doğruldacaq, müstəqil dövlətimizin daha da güclənməsi üçün idmançılarımız rayonun idman şərəfini bundan sonra da qoruyacaq, yeni-yeni uğurlu nailiyyətlər qazanacaqlar.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov isə çıxışında regionalarda minifutbol meydançalarının istifadəyə verilməsinin və mütəmadi olaraq turnirlərin keçirilməsinin bölgələrdə, o cümlədən Daşkəsəndə minifutbol idman növünün populyarlığının artmasına təsir edəcəyini diqqətə çatdırıb.

Çıxışlardan sonra miniftubol turnirində qalib gələn məktəb komandaları, həmçinin “Ən çox qol vuran oyunçu” və “Ən yaxşı qapıçı” nominasiyaları üzrə qaliblər mükfatlandırılıblar. Qaliblərə turnirin kubok, medal, diplom və xatirə hədiyyələri təqdim edilib.

Sonda xatirə şəkli çəkilib.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər