Daşkəsəndə "Azərbaycanın hərb tarixinin parlaq səhifələri" adlı tədbir keçirilib
02 dekabr 2024 | 16:25
Daşkəsən Rayon İcra Hakimiyyətinin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunun Bayan kənd M.Mustafayev adına tam orta məktəbində "Azərbaycanın hərb tarixinin parlaq səhifələri" layihəsi çərçivəsində şagirdlərlə maarifləndirici söhbət təşkil olunub.
Həmçinin şagirdlər üçün 44 günlük Vətən müharibəsinə həsr olunmuş film nümayiş etdirilib.
Filmin nümayişindən sonra Azərbaycanın hərb tarixinə dair bilik yarışı keçirilib. Viktorina qalibləri döş nişanları ilə təltif olunub.
Sonda şagirdlər "Əsgərə məktub" layihəsində iştirak edərək əsgərlər üçün məktublar yazıblar.