Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 8 Noyabr – Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.

03 noyabr 2023 | 17:32

Noyabrın 3-də Daşkəsən Rayon İcra Hakimiyyəti rayon üzrə Gənclər və İdman Sektoru ilə birgə qarşıdan gələn Zəfər Günü münasibətilə Daşkəsən rayon Şəhidlər Xiyabanı ərazisində ağacəkmə aksiyası keçiriblər.

Aksiyada iştirak edən qazilər, gənclər və könüllülər şam ağacları əkərək suvarıblar.

Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edən gənclər bildiriblər ki, belə aksiyanın iştirakçısı olmaq qürurvericidir. Bu sevinci bizə bəxş edən Prezidentimiz, Müzəffər Ali baş Komandan cənab İlham Əliyevlə, qüdrətli ordumuzla qürur duyuruq. Şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik.

Keçidlər