DAŞKƏSƏNDƏ 525,5 HEKTAR SAHƏDƏN MƏHSUL YIĞILACAQ
01 iyul 2022 | 10:47
Daşkəsən rayonu ölkənin yüksək dağlıq rayonlarındandır. Əkinçiliyin əsas ixtisaslaşmış sahələri kartofçuluq, tərəvəzçilik və taxılçılıqdır. Əkilən bitkilər əsasən dəmyə şəraitində yetişir.
Rayonun Statistika İdarəsindən verilən məlumata görə, 2022-ci ilin məhsulu üçün 525,5 hektar sahədən məhsul toplanacaq. Bunun da 69,0 hektarını yazlıq dənli və dənli paxlalılar, 416,5 hektarını kartof, 40 hektarını isə tərəvəz bitkiləri təşkil edir.