Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub

05 oktyabr 2024 | 10:57

Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə  5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri Vüsal Cəfərov, rayonun ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin müəllimləri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İcra başçısı Orxan Abbasov Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara xoş arzularını çatdırıb. Rayon rəhbəri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş ölkəmizin bütün sahələr üzrə inkişaf strategiyası Prezident cənab İlham Əliyev tərəfindən böyük qətiyyətlə və uğurla davam etdirilir. Təhsil sahəsində də həyata keçirilən davamlı kompleks tədbirlər dövlət başçımızın böyük diqqətinin və qayğısının bariz nümunəsidir. Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Respublikamızın hər yerində olduğu kimi Daşkəsən rayonunda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, yeni təhsil müəssisələrinin inşası və əsaslı  təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür və görülməkdədir.

Sonra Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri Vüsal Cəfərov, şəhid müəllim Vidadi İsrəfilovun atası Vaqif İsrəfilov və digər təhsil işçiləri çıxış edərək rayonda təhsilin inkişafı sahəsində qazanılmış uğurlardan, o cümlədən qarşıda duran vəzifələrdən danışıblar. Çıxışlarda vurğulanıb ki, bu gün Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib vətəndaşları olaraq qürurla bayram edirlər.

Ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bədii hissə bayram tədbirinə əlavə rəng qatıb.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər