Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 28 May - Müstəqillik Gününə həsr olunmuş film nümayiş edilib

24 may 2024 | 15:52

Mayın 24-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon Təhsil Sektorunun və Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə Müstəqillik Gününün 106 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və  şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda qeyd edilib ki, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası ölkənin dövlət müstəqilliyi haqqında "İstiqlal Bəyannaməsi"ni qəbul etməklə xalqımızın suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirmişdir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, onun elan etdiyi müstəqillik ideyası unudulmadı. 1991-ci ildə müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi. Ulu Öndərin layiqli siyasi varisi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müstəqillik yolumuzu böyük uğurlarla davam etdirir. 2018-ci ildə Prezident cənab İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncam imzalanmış və bu tarixi hadisə münasibətilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilmişdir. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi müvəffəqiyyətlə aparılır, respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf edir. Müstəqil, qüdrətli, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın həyatında yeni səhifələr açılır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının işğaldan azad olunmuş Şuşada, Xankəndidə və digər ərazilərimizdə dalğalanması Prezidenti cənab İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Sonra 28 May – Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti: Tarixin izi ilə” bədii-sənədli film nümayiş olunub.

 

Keçidlər