Daşkəsəndə 28 May – Müstəqillik Gününə həsr olunan intellektual yarış keçirilib
Mayın 25-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon Heydər Əliyev Mərkəzinin, Təhsil Sektorunun, Gənclər və İdman Sektorunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Daşkəsən nümayəndəliyinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş rayon gəncləri arasında intellektual yarış keçirilib.
Yarışın keçirilməsində məqsəd 28 May – Müstəqillik Gününü qeyd etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, zehni inkişafını stimullaşdırılmaq, elm və biliklərə istiqamətləndirmək, eləcə də asudə vaxtlarını səmərəli təşkil etmək olub.
Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla anıblar.
Giriş sözü ilə çıxış edən Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova Müstəqillik Günü haqqında geniş məlumat verib və komandalara uğurlar arzulayıb.
Çıxışlarda vurğulanıb ki, Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Yüz altı il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil olmuşdur. Hər il ölkəmizdə Müstəqillik Günü təmtəraqla qeyd edilir və Azərbaycan dövləti öz siyasətində bu dövrə xüsusi ehtiramla yanaşır.
Müxtəlif mövzularda 30 sualın səsləndirildiyi və gərgin mübarizə şəraitində keçən yarışda 8 komandan ibarət olmaqla, 32 gənc iştirak edib.
Sonda qalib komandalar mükafatlandırılıb.