Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd olunub

26 iyun 2024 | 12:17

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı ildönümü münasibətilə Daşkəsən rayon Şəhidlər Xiyabanında keçirilmiş ümumrayon tədbirində Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid valideynləri, qazilər, müharibə veteranları, rayonun ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirləri anılıb, dualar oxunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Ümumrayon tədbirində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, ağsaqqallar və veteranlarla görüşüb, onların qayğıları ilə maraqlanıb, müraciətlərdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.  V.Məmmədov görüş zamanı çıxışında deyib:

- 26 İyun – Silahlı Qüvvələr Günü  münasibətilə başda möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, respublikadakı ordu, birləşmə və hissələrin şəxsi heyətlərini, hərbçi ailələrini, müharibə veteranlarını və şəhid ailələrini təbrik edir, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir və müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün çox güclü peşəkar orduya malikdir. Bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsi tam sübut etdi. Parlaq zəfərlə sona çatan müharibədə daşkəsənli igidlər də qəhrəmanlıq dastanı yazdılar. 30 ilə yaxın davam edən işğala və haqsızlığa son qoyuldu, tarixi ədalət bərpa edildi. Azərbaycan ordusu doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını qalib dövlət kimi  dünyaya göstərdi.

V.Məmmədov onu da vurğulayıb ki, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş hər bir şəxs və onun ailəsi dövlətimizin xüsusi diqqət və qayğısı altında himayə olunur.

 

 

Keçidlər