Daşkəsəndə 22 noyabr – Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub
22 noyabr – Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun ədliyyə işçiləri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.
İcra başçısı Orxan Abbasov başda Ədliyyə naziri Fərid Əhmədov olmaqla bütün ədliyyə orqanları əməkdaşlarını peşə bayramları günü münasibətilə təbrik edib, şərəfli və məsul fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Rayonda fəaliyyət göstərən ədliyyə işçiləri bildiriblər ki, Daşkəsən rayon ədliyyə işçiləri də ölkə rəhbərliyi tərəfindən göstərilən yüksək etimadı doğrultmaq, rayon əhalisinin hüquqlarını təmin etmək üçün bundan sonra da bütün səylərini səfərbər edəcəklər.
Sonda xatirə şəkli çəkdirilib.