Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş rəsm sərgisi keçirilib və sənədli film nümayiş olunub.

18 yanvar 2024 | 16:58

Yanvarın 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən rayonu üzrə mədəniyyət nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində keçirilən 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbirdə faciə zamanı ölkəmizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi anılıb, onların şərəfli ömür yolundan və qəhrəmanlığından danışılıb. Eyni zamanda “20 Yanvar – qanlı tariximiz” adlı sənədli film nümayiş etdirilib.

 Mərkəzin foyesində təşkil edilən “20 Yanvar faciəsi: Azərbaycan xalqını müstəqilliyə apar yol” adlı sərgidə uşaq, yeniyetmə və gənclərin əl işlərindən ibarət rəsmlərə baxış keçirilib. Müəlliflər rəsmlərdə qanlı faciəni əks etdirməklə yanaşı, həm də xalqımızın azadlıq uğrunda mübarizə əzmini, bu yolda dönməzliyini təsvir etməyə çalışıblar.

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş “20  Yanvar faciəsinin otuz dördüncü ildönümünün Daşkəsən rayonunda keçirilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinə həsr edilən müxtəlif tədbirlər təşkil edilir.

Keçidlər