Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 2 Fevral – Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilib

02 fevral 2024 | 17:11

2 Fevral- Gənclər Günü münasibətilə keçirilən tədbirlərdə rayonun təhsil, mədəniyyət, ictimai və sosialyönümlü fəaliyyət sahələrində çalışan gənclər, YAP rayon təşkilatının gənc fəalları, tələbələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Görüşlər zamanı gənclər əlamətdar gün münasibətilə təbrik edilib, ölkəmizdə gənc nəslə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, gənc nəslin problemlərinin yüksək həssaslıqla həll edilməsindən, habelə Daşkəsən rayonunda gənclər və idman sahəsində həyata keçirilən tədbirlərdən, onların inkişafı üçün yaradılan münbit şəraitdən, qazanılmış uğurlardan  söz açılıb, perspektivdə duran məsələlər müzakirə olunub. 

Vurğulanıb ki, Azərbaycan gəncləri Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis olunan bu günü Prezident cənab İlham Əliyevin rəhbərliyi altında qalib ölkənin qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər.

Gəncə Dövlət Filarmoniyasında  2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Qalib xalqın qalib gəncləri” mövzusu keçirilən tədbirdə daşkəsənli gənclər də iştirak ediblər.

Tədbirdə istedadlı gənclərin təqdimatında konsert proqramı nümayiş olunub. Sonda ötən il ərzində Gəncə şəhərinin və ətraf rayonların ictimai-siyasi və mədəni həyatında fərqlənən gənclər “Fəxri fərman”, “Diplom” və “Təşəkkürnamə”lərlə təltif ediliblər.

Keçidlər