Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib

31 may 2024 | 16:37

Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon Heydər Əliyev Mərkəzinin, Mədəniyyət Mərkəzinin, rayon üzrə Təhsil Sektorunun və Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən şəhərinin Heydər Əliyev meydanında  “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun mədəniyyət, təhsil müəssisələrinin kollektivləri, şagirdlər, uşaqlar, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirlib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükütla anılıb.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvvəqqəti icra edən Vüqar Məmmədov çıxış edərək “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik edib və onlara dövlət səviyyəsində daima göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki,   Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib. Ulu Öndərin təşəbbüsü ilə uşaqlara dair önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib. Bu gün həmin kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gələcəyimiz olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün bütün zəruri tədbirlər görülür. Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir. Uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir.

Digər çıxış edənlər bayram münasibəti ilə rayonun balaca sakinlərini təbrik ediblər və uşaqlara qayğı göstərməyin, onları qorumağın, müdafiə etməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırıblar.

Sonra tədbir iştirakçılarına uşaqların ifasında bir-birindən maraqlı  musiqi proqramı, bədii kompozisiya, rəqslər və səhnəciklər nümayiş olunub.

Keçidlər