Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN ŞƏHİDLƏRİ TURXAN SÜLEYMANOVUN VƏ NİHAD VERDİYEVİN 40 MƏRASİMLƏRİ KEÇİRİLİB

25 oktyabr 2022 | 15:34

Oktyabrın 25-də Daşkəsən Şəhidlər Xiyabanında şəhid əsgər Turxan Süleymanovun, Gəncə Şəhidlər Xiyabanında isə şəhid əsgər Nihad Verdiyevin keçirilən 40 mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidlərin ailə üzvləri, rayonun şəhid anaları, qazilər, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə şəhidlərin məzarlarına gül dəstələri düzüb, əziz xatirələrini yad edib, dualar oxuyublar.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidlərin ailə üzvlərinə bir daha rayon ictimaiyyəti adından dərin hüznlə başsağlığı verib.

İcra başçısı Əhəd Abıyev mərasimlərdəki çıxışlarında bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cari ilin sentyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatların qarşısını almış və düşmən böyük itkilərlə geriyə çəkilməyə məcbur edilmişdir. Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alan zaman daşkəsənli hərbi qulluqçular əsgər Turxan Süleymanov və əsgər Nihad Verdiyev torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük şücaət göstərək müqəddəs şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Əhəd Abıyev çıxışında onu da vurğulayıb ki, bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə diqqət və qayğı göstərirlər. Belə ki, bu yaxınlarda dövlət hesabına rayonumuz ayrı-ayrı şəhid ailələrinə 15  yeni mənzil verilmişdir.

Şəhid Nihad Verdiyevin atası Nicat Verdiyev, anası Vüsalə Verdiyeva, Şəhid Turxan Süleymanovun atası İdris Süleymanov, anası  Humay Süleymanova “Vətən sağ olsun!” – deyərək ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını, buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

 Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər