Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN ŞƏHİDİ TURXAN SÜLEYMANOV DƏFN EDİLİB

16 sentyabr 2022 | 18:15

Sentyabrın 16-da Daşkəsən Şəhidlər Xiyabanında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, MAXE əsgər 2002-ci il təvəllüdlü Süleymanov Turxan İdris oğlunun nəşi torpağa tapşırılıb.

Keçirilən vida mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Gəncə İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasov, rayon hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və KİV mənsubları iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev dəfn mərasimində çıxış edib:

- Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq ermənilərin qarşısını yüksək peşəkarlıqla almışdır və sərhədboyu ərazilər ordumuzun tam nəzarətindədir.

Azərbaycanın Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alan zaman neçə-neçə əsgər və zabitlərimiz müqəddəs şəhidlik zirvəsinə ucalıblar. Onlardan biri də Daşkəsən rayon Quşçu qəsəbə sakini şəhid əsgərimiz Süleymanov Turxan İdris oğludur.

Turxan Süleymanov torpaqlarımızın ərazi bütövlüyü uğrunda Kəlbəcər rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Turxan Süleymanovun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Allah Şəhidimizə rəhmət eləsin! Şəhidimizin ailəsinə və yaxınlarına bütün Daşkəsən rayon ictimaiyyəti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, şəhid olmuş bütün hərbi qulluqçularımızın ruhu qarşısında baş əyirik. Bir daha bütün şəhidlərimizə Allah rəhmət eləsin.

Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını Əhəd Abıyev şəhidin atası İdris Süleymanova təqdim edib.

Dəfndə fəxri qarovul düzülüb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub  və yaylım atəşi açılıb.

https://www.youtube.com/watch?v=Ljv00M39lWA

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər