Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

09 aprel 2024 | 11:54

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında  2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli Sərəncamının Tədbirlər Planına uyğun olaraq yaşıllaşdırma tədbirləri çərçivəsində aprelin 9-da Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Daşkəsən şəhərində növbəti ağacəkmə keçirilib.

Ağacəkmə aksiyasında Daşkəsən RİH-nin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının işçiləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya zamanı Daşkəsən şəhəri ərazisində 200  ədəd şam ağacı əkilib, yeni əkilən tinglər suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.

         

Keçidlər