Daşkəsən şəhər sakinlərinin müraciətləri dinlənilib
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda əsasən Daşkəsən şəhərindən olmaqla 18 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən məşğulluq, maddi yardım, yaşadıqları binaların giriş qapılarının və pilləkən qəfəslərinin pəncərələrinin təmiri, küçələrin işıqlandırılması, bəzi küçələrə asfalt örtüyünün salınması, yataqxanaların təmiri və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Müraciətlər rayon rəhbəriliyi tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.