Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Xoşbulaq kəndində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təmizlik aksiyası keçirilib

21 iyun 2024 | 15:59

Möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar keçirilən kompleks tədbirlərin davamı olaraq iyunun 21-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı və Daşkəsən şəhər Yaşıllaşdırma İdarəsinin, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin dəstəyi ilə Xoşbulaq kəndinə yaxın meşə ərazisində təmizlik aksiyası keçirilib.

Aksiyasının məqsədi ətraf mühitin məişət və digər tullantılarla çirklənməsinin qarşısının alınması, tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması barədə əhalinin maarifləndirilməsi, o cümlədən ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdən ibarət olub.

Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən ərazi plastik və digər məişət tullantılarından təmizlənib, toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilib.

Keçidlər