Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Xoşbulaq kəndində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində əhali ilə ekoloji maarifləndirmə keçirilib

09 iyul 2024 | 09:03

İyulun 9-da Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Səma və Eko” sosial-iqtisadi inkişafa yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Təbiətə sevginin, heyvanlara qayğının artırılması” adlı layihə çərçivəsində Xoşbulaq kəndində əhali ilə ekoloji maarifləndirmə aparıb.

Açıq havada keçirilən görüşdə Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Orxan Abbasov, “Səma və Eko” sosial-iqtisadi inkişafa yardım İctimai Birliyi sədri İradə Həsənova, RİHBA-nın Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Babək Qasımlı və kənd sakinləri iştirak ediblər.

Tədbir iştirakçılarına ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, heyvanlara qayğı, təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, istehsalat və məişət tullantılarının idarə olunması, yaşıl iqtisadiyyat, yaşıl enerji və davamlı inkişaf, COP29  və s. mövzularda geniş informasiya verilib, sakinləri maraqlandıran suallar cavablandırılıb. Həmçinin maarifləndirici materiallar paylanıb.

Keçidlər