Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Xoşbulaq kəndində “Heydər Əliyev İli” çərçivəsində YAP fəalları ilə növbəti görüş keçirilib.

23 noyabr 2023 | 16:23

Noyabrın 23-də Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə “Heydər Əliyev İli” çərçivəsində YAP-ın yaranmasının 31 illiyi münasibətilə Xoşbulaq kəndində partiya fəalları ilə görüş təşkil edib.

Görüş iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidllərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

 YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev giriş nitqi ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fədakar fəaliyyəti, tükənməz zəngin siyasi irsi, ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət barədə ətraflı məlumat verib, habelə cari təşkilati  və digər məsələlərə toxunub. Xüsusilə vurğulayıb ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edilmişdir.

 Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələr şöbəsin müdir müavini Elmar Əliyev isə çıxışında Yeni Azərbaycan Partiyasının banisi, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizdə hər bir sahənin inkişafında yüksək xidmətlərinin olduğunu qeyd edib. Diqqətə çatıdırıb ki, dövlət başçısı, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı və məqsədyönlü islahatlar həyata keçirilir, qalib və məğrur xalqımız tarixi Zəfərinin sevincini yaşayır.

Partiya fəalı, ağsaqqal Saleh Qurbanov və başqaları çıxışlarında həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın tərəqqisi və inkişafı naminə misilsiz işlər görən, ömrünü Azərbaycan xalqına xidmət etməyə həsr edən Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb, xalqımızın öz xilaskarını heç zaman unutmayacağını söyləyiblər. Bildiriblər ki, Zağalı inzibati ərazi dairəsində yaşayan çoxsaylı YAP fəalları da Ümummilli Lider Heydər Əliyevin siyasi varisi Prezident cənab İlham Əliyevin ətrafında hər zaman olduğu kimi sıx birləşəcək və öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirəcəklər.

Görüşdə iştirak edən YAP fəalları göstərilən diqqətə və qayğıya görə möhtərəm Prezident, YAP-ın sədri cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını və ehtiramlarını ifadə ediblər.

 Tədbirin sonunda YAP-nın sıralarına yeni qoşulan kənd sakinlərinə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Keçidlər