Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun ümumtəhsil məktəblərinin sinif rəhbərləri ilə mülki müdafiə sahəsində metodik toplantı keçirilib

06 sentyabr 2024 | 15:15

Sentyabrın 6-da Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Daşkəsən Rayon İcra Hakimiyyəti və rayon üzrə Təhsil sektoru ilə birgə rayonun 2, 5 və 6-cı sinif rəhbərlərinin mülki müdafiəyə dair bilik və bacarıqlarını artırmaq məqsədilə metodik toplantı təşkil ediblər.

İştirakçılara fövqəladə hallar zamanı məktəb və sinif miqyasında görülməli təxirəsalınmaz tədbirlər, müəllim heyətinin və şagirdlərin atmalı olduğu konkret addımlar, kollektiv mühafizə vasitələrindən istifadə, güclü zəhərli, radioaktiv, bioloji, bakterioloji maddələrlə zəhərlənərkən, infeksion xəstəliklər, habelə sınıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünə yardım və qarşılıqlı yardım göstərilməsi qaydaları barədə mühazirələr oxunub. Habelə Fövqəladə Hallar Nazirliyinin müxtəlif struktur, bölmə və qurumlarının fəaliyyətini əks etdirən videoçarxlar və digər əyani materiallar nümayiş etdirilib, Elm və Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinifləri üçün hazırladığı mülki müdafiə fənninin proqramı, məşğələ cədvəlləri, proqramda nəzərdə tutulmuş mövzular üzrə plan konspektlər və elektron tədris vəsaitləri müəllimlərə paylanıb.

Sonda şərh edilmiş mövzular ətrafında müzakirə aparılıb və müəllimləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Keçidlər