Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun ümumtəhsil məktəblərində fiziki aktivliyin təbliği çərçivəsində gündəlik tədbirlər həyata keçirilir

05 fevral 2024 | 17:13

Daşkəsən rayonunun ümumi təhsil müəssisələrində fiziki aktivliyin təbliği ilə bağlı mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir.

Yeniyetmə və gənclər arasında yayılan piylənmə, ürək-damar xəstəlikləri və depressiyaya qarşı ən effektiv profilaktika metodlarından biri olduğuna görə aktiv fiziki həyat tərzinin təbliği çox vacibdir. Fiziki aktivlik əzələləri, xüsusilə ürək və tənəffüs sistemi əzələlərini, habelə sümükləri möhkəmləndirir və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırır, yıxılma, həmçinin boyun, qalça, onurğa zədələnmələri riskini azaldır, enerji mübadiləsini və normal bədən çəkisini saxlamağa kömək edir.  

Rayonda qeyri-infeksion xəstəliklər riski amillərindən biri olan fiziki passivliyin azaldılması üçün bərabərlik prinsipinə əsaslanan səmərəli tədbirlər həyata keçirmək məqsədilə Daşkəsənin ümumtəhsil müəssisələrində hər gün, xüsusilə səhər toplantılarında şagirdlər gimnastika ilə məşğul olduqdan sonra məktəbə daxil olurlar. Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq müəllimlərinin rəhbərliyi altında təşkil olunan fiziki aktivlik tədbirləri şagirdlərin gümrahlığını təmin edib narahatlığın və gərginliyin aradan qalxmasına səbəb olur, həmçinin dərslərin qavranılmasına müsbət təsir göstərir.

Rayonun 5-17 yaş qrupunda olan uşaq və yeniyetmələri üçün fiziki aktivlik oyunlar, yarışlar, idmanla məşğul olma, gəzinti, sağlamlaşdırıcı tədbirlər, ailə, məktəb, rayondaxili bədən tərbiyəsi tədbirlərindən və ya dərslərindən ibarətdir. Uşaq və yeniyetmələrin gündəlik  60 dəqiqədən az olmayaraq orta intensivlikdə müxtəlif fiziki aktivlik formaları ilə məşğul  olmaları mütəmadi təbliğ olunaraq həyata keçirilir.

Keçidlər