Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun ümumtəhsil məktəblərində Bilik günü qeyd edilib

15 sentyabr 2023 | 17:53

Sentyabrın 15 - i Azərbaycanda "Bilik Günü"dür. Ölkəmizdə yeni tədris ili başlayır. Bu gün ölkəmizin hər bir orta və ali təhsil müəsissələri öz qapılarını yenidən şagird və tələbələrin üzünə açır. Hər il olduğu kimi bu il də Daşkəsənin bütün ümumtəhsil məktəblərində 15 sentyabr “Bilik Günü “nə həsr edilmiş tədbirlər keçirilmişdir.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Bilik günü tədbirində iştirak etmişdir.Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər və məktəbə ilk dəfə qədəm qoyan birincilər iştirak edirdi. Tədbiri məktəbin direktoru S.Ələsgərova öz çıxışı ilə açıq elan etdi. Çıxışının əvvəlində o, ilk növbədə məktəbin keçən ilki nailiyyətlərindən, yüksək nəticə əldə edərək tələbə adı almış məzunlar haqqında fərəh hissi ilə danışmışdır.

Sonra Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov birincilərə, o cümlədən məktəbin müəllim və şagird kollektivinə yeni tədris ilində uğurlar arzu etdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə təhsilinin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm tərkib hissəsi hesab etdiyini bildirdi. Həmin siyasətin bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra digər çıxış edənlər Daşkəsən rayonunda təhsilin inkişafına daim göstərdikləri diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda birincilər “ Bilik Günü “ nə aid şeirlər söyləmiş, rəqs etmişlər.

Məktəb şagirdlərinin hazırladıqları bədii kompozisiyalar isə alqışlarla qarşılanıb. Sonra "ilk zəng"in səslənməsi ilə siniflərə daxil olan şagirdlər yeni dərs ilinə başlayıblar.

Rayonun bütün ümümtəhsil məktəblərində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.

Keçidlər