Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNUN TAPAN KƏNDİNDƏ 40 ŞAGİRD YERLİK YENİ MODUL TİPLİ ORTA MƏKTƏB QURAŞDIRILACAQ

20 sentyabr 2022 | 12:50

Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” 2022-ci il 19 sentyabr tarixli Sərəncamına əsasən bu ilin sonunadək Daşkəsən rayonunun Tapan kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün  Elm və Təhsil Nazirliyinə 256 min manat ayrılıb.

Qeyd edək ki, Daşkəsən rayon Tapan kənd N.Məsimova adına ümumi orta məktəbinin binası son aylar rayon ərazisində baş vermiş təbii fəlakətlər nəticəsində tamamilə qəzalı vəziyyətə düşmüşdür.

Cənab Prezidentimizin sözügedən Sərəncamı bir daha da Daşkəsən rayonuna hər zaman göstərdiyi diqqət və qayğıya bariz nümunədir. Bütün daşkəsənlilər, o cümlədən rayonun təhsil ictimaiyyəti adından ölkə rəhbərimiz cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. 

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər