Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Quşçu kəndində kənd təsərrüfatı istehsalçıları ilə maarifləndirici görüş keçirilmişdir

10 yanvar 2024 | 18:47

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçiləri  Ayaz Allahyarov, Elmin Paşayev, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsi Yaşar Məhərrəmov, Gəncə-Daşkəsən Regional Məşğulluq filalının mütəxəssisi Elvin Verdiyev, fermerlər və  kənd sakinləri iştirak edib. 

Görüş zamanı sakinlərlə kənd təsərrüfatı kooperasiyası üzrə pilot layihələrin dəstəklənməsinə dair və kənd təsərürfatı məhsulları istehsalı və emalı sahəsinin inkişafı, o cümlədən cins heyvandarlıq, kartofçuluq təsərrüfatlarının yaradılması, arıçılığın inkişafı istiqamətində kənd təsərrüfatı istehsalçıları ilə söhbətlər aparılmışdır.

Sakinlərin diqqətinə çatdırılıb ki,  ölkə başçısı tərəfindən təsdiq edilən Dövlət Proqramlarının məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir. Dövlət Proqramı çərçivəsində görülən işlər kənd yerlərində birgə təsərrüfatçılıq formalarının inkişafına təkan verməklə yanaşı, kooperativ üzvlərinin gəlirlərinin artmasına, həmin təsərrüfatlara investisiyaların cəlb edilməsinə şərait yaradacaqdır. Bu da kəndlərdə yaşayan əhalinin sosial rifah halının yüksəlməsinə, məşğulluq səviyyəsinin artmasına səbəb olacaqdır.

Tədbirin sonunda yerli kənd təsərrüfatı istehsalçılarının bir sıra təklifləri və müraciətləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Keçidlər