Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Quşçu kəndində “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası keçirilib.

28 noyabr 2023 | 15:43

Noyabrın 28-də SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası Daşkəsən rayonunun Quşçu kənd sakinləri ilə keçirilib.

Aksiyada ümumilikdə 12 müraciət qeydə alınıb.

Müraciətlər kəndin bəzi ərazilərində küçə qaz xəttinin dayaqlar üzərinə qaldırılması, qaz sayğacının əvəzlənməsi, təzyiqin artırılması, fərdi qazlaşma, qaz limitinin ləğv edilməsi ilə bağlı  ünvanlanıb.

Görüş zamanı səsləndirilən hər müraciət Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb, aidiyyəti üzrə icrasına dair göstərişlər verilib.

Keçidlər