Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNUN QABAQTƏPƏ KƏNDİNƏ GƏNCƏ MƏKTƏBLİLƏRİ NÖVBƏTİ SƏFƏRLƏRİNİ EDİB

26 yanvar 2023 | 12:29

Yanvarın 26-da “Şəhərdən kəndə, kənddən şəhərə” layihəsi çərçivəsində Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin müəllim və şagirdləri, həmçinin Regional Təhsil İdarəsinin əməkdaşları Daşkəsən rayon Qabaqtəpə kənd ümumi orta məktəbinə səfər ediblər.

Əvvəlcə Daşkəsən rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub. Daha sonra Qabaqtəpə kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi ilə görüş keçirilib, onlara hədiyyələr təqdim olunub.

Layihə məktəblilərin dünyagörüşünü genişləndirmək, onlara Azərbaycanı, onun tarixini və zəngin mədəniyyətini tanıtmaq, şagirdlər və müəllimlər arasında əlaqələr yaratmaq, o cümlədən inteqrasiya əsaslı təcrübə mübadiləsi məqsədi ilə həyata keçirilir. 

 

Elmar Əliyev - Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər