Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Qabaqtəpə kəndində “Heydər Əliyev İli” çərçivəsində növbəti təmizlik aksiyası təşkil olunub.

17 noyabr 2023 | 13:09

Noyabrın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq  rayonun Qabaqtəpə kəndi ərazisində növbəti təmizlik aksiyası keçirilib. Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Daşkəsən rayon təşkilatının fəalları, gənc könüllülər və sakinlər iştirak ediblər.

Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin abadlıq və təmizlik ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Təmizlik aksiyası zamanı ərazidən keçən Əyriçayın sahil zolağı plastik və digər tullantılardan təmizlənib və toplanmış tullantılar aidiyyəti üzə təhvil verilib.

Keçidlər