Daşkəsən rayonunun Kəmərqaya kəndində səyyar qəbul keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov yanvarın 24-də Kəmərqaya kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
V.Məmmədov səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Sakinlər işlə təmin olunma, ərazidə ixtisaslı tibb işçisinin olmaması, kəndə gələn avtomobil yolunun təmiri, nəvəsinin himayəyə verilməsi, internet xəttinin çəkilməsi və digər şəxsi məsələlər barədə müraciətlər ediblər.
Rayon rəhbərliyi sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.