Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Kəmərqaya kəndində “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanın sönməz Günəşi” adlı rəsm və kitab sərgisi təşkil edilib.

15 noyabr 2023 | 16:34

Noyabrın 15-də Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Kəmərqaya kəndində “Heydər Əliyev İli” ilə əlaqədar təsdiq olunmuş Tədbirlər planına əsasən “Azərbaycanın sönməz Günəşi” adlı rəsm və kitab sərgisi keçirilib.

Kəmərqaya kəndində açıq havada keçirilən sərgidə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, kənd sakinləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərginin açılışında çıxış edənlər 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Prezident cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzaladığını xatırladıb, Heydər Əliyev irisi ilə daha yaxından tanış olunması baxımından bu cür rəsm və kitab sərgilərinin əhəmiyyətindən danışıblar. Bildiriblər ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması Ulu Öndərin şəxsiyyətinə və onun fəaliyyətinə verilən çox yüksək qiymətdir.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə müasir Azərbaycanın qurucusu və memarı, gələcək nəsillərə örnək olan Ümummilli Lider Heydər Əliyevin zəngin və şərəfli həyat yolunu, çoxşaxəli fəaliyyətini, dövlətçiliyimiz tarixində müstəsna xidmətlərini əks etdirən rəsm əsərləri və kitablar nümayiş etdirilib.

Keçidlər