Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun idarə, müəssisə və təşkilatlarında fiziki aktivlik proqramları mütəmadi həyata keçirilir

05 sentyabr 2023 | 17:39

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayon ürzə Gənclər və İdman sektoru və rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxslə birgə rayonun idarə, müəssisə və təşkilatlarında gündəlik fiziki aktivlik proqramlarının keçirilməsini təşviq edilir.

 “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”nın 9.2.1-ci bəndinin icrası çərçivəsində həyata keçirilən tədbirlərin məqsədi iş yerləri üçün fiziki aktivlik proqramlarını, işçilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.

Rayonun iş yerləri üçün fiziki aktivlik proqramlarının icrası gün ərzində iki dəfə aerobika və əzələlərin möhkəmləndirilməsi üzərində qurulur.

Fiziki aktivlik proqramlarının tətbiqinin nəticələrinə dair rayonun iş yerlərinin rəhbər vəzifəli şəxsləri ilə söhbətlər zamanı məlum olub ki, sözügedən proqramın uğurla icrası işçilərin əhval-ruhiyyəsinə müsbət təsir etməklə onlarda komandada işləmək vərdişlərini daha da möhkəmləndirir, habelə gündəlik işin keyfiyyətini yüksəldir.

Rayonun iş yerləri üçün fiziki aktivlik proqramlarının icrası davam etdiriləcəkdir.

Keçidlər