Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Güneykənd kəndinin sakinləri ilə səyyar görüş keçirilib

27 mart 2024 | 18:31

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə vətəndaşların səyyar qəbulları keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov ölkə rəhbərinin birbaşa rəhbərliyi altında respublikamızda aparılan sosial-iqtisadi islahatların əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.

Səyyar görüş zamanı müraciətlər ərazidə yararsız elektrik dayaqlarının dəyişdiriməsi, qaz və internet xəttinin çəkilməsi, məşğulluq, tibb məntəqəsinin təmiri və ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması, əkin sahəsinin zəbt olunması və digər şəxsi məsələlərlə bağlı olmuşdur.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, yerlərdə bu cür qəbulların təşkil edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər