Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Dəvrallı kəndində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib

21 oktyabr 2024 | 18:05

Oktyabrın 21-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən növbəti kütləvi ağacəkmə aksiyası Dəvrallı kəndi ərazisində keçirilib.

Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədi daşıyan ağacəkmə aksiyasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət sahələrinin kollektivləri, gənclər və ictimaiyyət nümayəndələri böyük həvəslə iştirak ediblər.

Keçidlər