Daşkəsən rayonunun bir sıra məktəblərində ixtisas seçimi, karyera planlaması mövzularında maarifləndirmə keçirilmişdir.
24 may 2024-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə rayon mərkəzində və Quşçu kəndində “İxtisas bələdçisi” layihəsi çərçivəsində məktəblilərlə marifləndirici görüş keçirilmişdir.
Layihənin məqsədi məktəblərdə təhsil alan şagirdlərin ixtisas seçimi, karyera planlaması mövzularında maarifləndirilməsi, ixtisas seçimi ilə bağlı ünvanlanan sualların cavablandırılması olmuşdur.
Tədbirdə Daşkəsən rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmin Paşayev, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının əməkdaşları Gülər Abbasova, Sevinc Qaffarova, Gəncə Daşkəsən RMF-nin Daşkəsən XŞ-nin əməkdaşı Elvin Verdiyev iştirak etmişdir.
İştirakçılar məktəblilərə əmək bazarında olan aktual peşələr və əmək bazarı haqqında ətraflı məlumatlar vermiş, düzgün peşə seçimi ilə əlaqədar maarifləndirici söhbətlər aparmışdır.