Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunun Bayan kəndində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təmizlik aksiyası keçirilib.

13 mart 2024 | 16:18

Martın 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bayan kəndi ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təmizlik aksiyası keçirilib. Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, gənc könüllülər və sakinlər iştirak edib.

Aksiyanın məqsədi rayonda ekologiyanın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına töhfə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Təmizlik aksiyası zamanı ərazi plastik və digər tullantılardan təmizlənərək aidiyyəti üzə təhvil verilib.

Keçidlər